Azərbaycan Mədəniyyət Mərkəzi

Ankarada IV Dünya Mədəniyyətləri Festivalı keçiriləcək

Oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada IV Dünya Mədəniyyətləri Festivalı keçiriləcək. Müxtəlif xalqların mədəniyyətlərinin qastronomiya, rəqs, moda və musiqi vasitəsilə bir araya gətiriləcəyi festivalda Azərbaycan da xüsusi proqramla təmsil olunacaq. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə festivalın açılış mərasimində ölkəmizin zəngin mədəni irsi, milli adət-ənənələri və incəsənət nümunələri nümayiş etdiriləcək. […]

Musiqimizin Türkiyədə tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov uzun illərdir Türkiyədə yaşayan və peşəkar səhnə fəaliyyətini davam etdirən azərbaycanlı tenor Elgün Quliyevi qəbul edib. Görüşdə Azərbaycan musiqisinin və milli mədəniyyətimizin Türkiyədə daha geniş auditoriyaya tanıdılması, birgə konsertlərin və mədəni layihələrin həyata keçirilməsi, sənətçinin musiqi və səhnə fəaliyyəti, eləcə də […]