Türkiyənin TRT Türk Radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının yeni buraxılışı Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın həyat və yaradıcılığına həsr olunub.
Proqramın müəllifi və aparıcısı dr. Saidə Ömər Türkiyə radio yayımçılığında ilk dəfə Elza İbrahimovanın yaradıcılığına xüsusi olaraq həsr edilmiş bu proqramda Türkiyə dinləyicilərinə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan böyük bəstəkarın həyatı, sənət yolu, yaradıcılığı və Azərbaycan musiqisinə bəxş etdiyi misilsiz əsərlər haqqında ətraflı məlumat verib.
Proqram çərçivəsində Elza İbrahimovanın sevilən əsərləri səsləndirilib, eyni zamanda onun Azərbaycan musiqi mədəniyyətindəki xüsusi yeri və zəngin yaradıcılıq irsi haqqında danışılıb.




