Milli mədəniyyətimizin Türkiyədə tanıdılmasına yönəlmiş media layihələri müzakirə olunub

Ortaq dəyərlərimiz və Azərbaycan milli mədəniyyətinin Türkiyədə tanıdılmasına yönəlmiş media layihələri müzakirə olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Telenews TV”nin İdarə Heyətinin sədri Mahmut Oral və baş direktoru İsmail Koçakı qəbul edib. Keçirilən görüşdə Azərbaycanın zəngin milli mədəniyyətinin, tarixinin və mədəni irsinin Türkiyədə daha geniş auditoriyalara tanıdılması, iki qardaş […]
“Azərbaycan Rüzgarı” proqramının yeni buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Türkiyənin TRT Türk Radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” proqramının yeni buraxılışı Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın həyat və yaradıcılığına həsr olunub. Proqramın müəllifi və aparıcısı dr. Saidə Ömər Türkiyə radio yayımçılığında ilk dəfə Elza İbrahimovanın yaradıcılığına xüsusi olaraq həsr edilmiş bu proqramda Türkiyə dinləyicilərinə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan böyük bəstəkarın həyatı, […]