Ərzurumda açılacaq “Kardeş Kömeği Muzeyi” layihəsi müzakirə olunub

Ortaq dəyərlərimizin və Azərbaycan milli mədəniyyətinin tanıdılmasına yönəlmiş layihələr müzakirə olunub.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ərzurumda fəaliyyət göstərən “Palandöken Gelişim Derneği”nin təsisçisi, eyni zamanda “Gelişim Erzurum” jurnalının imtiyaz sahibi Lokman Lokmacı ilə görüş keçirib.

Görüş zamanı Ərzurumda yaradılması planlaşdırılan “Kardeş Kömeği Muzeyi” layihəsi müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın zəngin milli mədəniyyətinin Türkiyədə daha geniş miqyasda tanıdılması, müxtəlif davamlı mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikir və təkliflər mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ