Ərzurumda açılacaq “Kardeş Kömeği Muzeyi” layihəsi müzakirə olunub

Ortaq dəyərlərimizin və Azərbaycan milli mədəniyyətinin tanıdılmasına yönəlmiş layihələr müzakirə olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ərzurumda fəaliyyət göstərən “Palandöken Gelişim Derneği”nin təsisçisi, eyni zamanda “Gelişim Erzurum” jurnalının imtiyaz sahibi Lokman Lokmacı ilə görüş keçirib. Görüş zamanı Ərzurumda yaradılması planlaşdırılan “Kardeş Kömeği Muzeyi” layihəsi müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın […]