Amasyada Azərbaycana aid xüsusi mədəniyyət proqramı təqdim olunacaq

Türkiyənin Amasya şəhərində təşkil olunan Beynəlxalq Atatürk Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində “Azərbaycan sənət göstərisi” adlı xüsusi mədəniyyət proqramı təqdim olunacaq. Tədbir Azərbaycan Milli Qurtuluş Gününə həsr ediləcək.

Azərbaycanın zəngin mədəni irsini əks etdirən sənət proqramında tamaşaçılar klassik Azərbaycan musiqisi, muğam nümunələri, opera ifaları və milli xalq rəqslərindən ibarət rəngarəng çıxışları izləmək imkanı əldə edəcəklər. Azərbaycan sənətçilərinin iştirakı ilə baş tutacaq gecə iki qardaş xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin sənətin universal dili vasitəsilə daha da möhkəmlənməsinə töhfə verəcək.

Azərbaycan musiqisinin ecazkar sədaları və milli rəqslərin ahəngi ilə müşayiət olunacaq bu mədəniyyət bayramına arzu edən hər kəs təvətlidir.

 Tarix: 14 iyun
Saat: 20:30
Məkan: Amasya Yavuz Səlim Meydanı

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ