Azərbaycan Mədəniyyət Mərkəzi

Amasyada Azərbaycana aid xüsusi mədəniyyət proqramı təqdim olunacaq

Türkiyənin Amasya şəhərində təşkil olunan Beynəlxalq Atatürk Mədəniyyət və İncəsənət Festivalı çərçivəsində “Azərbaycan sənət göstərisi” adlı xüsusi mədəniyyət proqramı təqdim olunacaq. Tədbir Azərbaycan Milli Qurtuluş Gününə həsr ediləcək. Azərbaycanın zəngin mədəni irsini əks etdirən sənət proqramında tamaşaçılar klassik Azərbaycan musiqisi, muğam nümunələri, opera ifaları və milli xalq rəqslərindən ibarət rəngarəng çıxışları izləmək imkanı əldə edəcəklər. […]