Bakı gənc memarların baxışında: Ankarada beynəlxalq foto sərgisi keçiriləcək

Ankara Musiqi və Gözəl Sənətlər Universitetində 12 iyun 2026-cı il tarixində saat 11:00-da “Bir şəhər, iki baxış: ziddiyyətlər və harmoniya” adlı beynəlxalq tələbə foto sərgisi və mükafatlandırma mərasimi keçiriləcək.

Sərgidə Azərbaycan və Türkiyənin memarlıq fakültələrində təhsil alan tələbələrin obyektivindən Bakının fərqli simaları, zəngin memarlıq irsi, tarixi ilə müasirliyin vəhdəti və şəhərin memarlıq müxtəlifliyi nümayiş etdiriləcək.

Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı ili “Azərbaycanda Şəhərsalma və Memarlıq İli” elan etməsi çərçivəsində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Sərgiyə maraq göstərən hər kəs tədbirdə iştirak edə bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ