Azərbaycan Mədəniyyət Mərkəzi

Bakı gənc memarların baxışında: Ankarada beynəlxalq foto sərgisi keçiriləcək

Ankara Musiqi və Gözəl Sənətlər Universitetində 12 iyun 2026-cı il tarixində saat 11:00-da “Bir şəhər, iki baxış: ziddiyyətlər və harmoniya” adlı beynəlxalq tələbə foto sərgisi və mükafatlandırma mərasimi keçiriləcək. Sərgidə Azərbaycan və Türkiyənin memarlıq fakültələrində təhsil alan tələbələrin obyektivindən Bakının fərqli simaları, zəngin memarlıq irsi, tarixi ilə müasirliyin vəhdəti və şəhərin memarlıq müxtəlifliyi nümayiş etdiriləcək. […]