Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Osmanqazi bölgə Mədəniyyət və Turizm müdiri Kamil Özər ilə görüşüb.
Osmanqazi Bölgə Mədəniyyət və Turizm Müdirliyində keçirilən görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli də iştirak edib.
Görüş zamanı mədəni əməkdaşlığın inkişaf etdirilməsi, Osmanqazi şəhərində ortaq dəyərlərimizin tanıdılması, azərbaycanlı sənətçilərin müxtəlif tədbirlərdə iştirakı, birgə sərgi və konsertlərin, həmçinin uzunmüddətli mədəni layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Osmanqazi bölgə Mədəniyyət və Turizm Müdirliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə tanışlıq olub.




