Türkiyənin Osmanqazi şəhərində milli mədəniyyətimizin tanıdılması istiqamətində görüş keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Osmanqazi bölgə Mədəniyyət və Turizm müdiri Kamil Özər ilə görüşüb. Osmanqazi Bölgə Mədəniyyət və Turizm Müdirliyində keçirilən görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli də iştirak edib. Görüş zamanı mədəni əməkdaşlığın inkişaf etdirilməsi, Osmanqazi şəhərində ortaq dəyərlərimizin tanıdılması, azərbaycanlı sənətçilərin müxtəlif tədbirlərdə iştirakı, […]
Hatay Mustafa Kamal Universitesində Azərbaycan-Türkiyə münasibətləri panel şəklində müzakirə olunub

Hatay Mustafa Kamal Universitesində “Dünəndən bu günə Azərbaycan–Türkiyə münasibətləri: dildən sənətə uzanan bir qardaşlıq bağı” mövzusunda elmi panel təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Azərbaycan və Türkiyədən ziyalılar, mütəxəssislər, eləcə də universitetin Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri iştirak ediblər. Atatürk Konferans Salonunda keçirilən “28 May – […]