Antalyada azərbaycanlı sənətçilərin konsert proqramı təşkil olunub

“Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində mədəni tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Antalyada “Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində azərbaycanlı sənətçilərin konsert proqramı təşkil olunub.

Proqram çərçivəsində Antalya Kitabxanasının müdiri Oğuzhan Ceylan, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Antalya Kepez Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın çıxış ediblər.

Çıxışlarda Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, mədəni layihələrin iki xalqın ortaq dəyərlərinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyi bildirilib.

Tədbirin bədii hissəsində “Zəngəzur” Azərbaycan Rəqs Ansamblı tərəfindən Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Azərbaycanlı sənətçilər Vüsalə Məryəm Alıcı, Müşfiq Əliyev və opera ifaçısı Fidan Hüseynova səsləndirdikləri milli əsərlərlə izləyicilərə unudulmaz anlar yaşadıblar.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ