Azərbaycan Mədəniyyət Mərkəzi

Antalyada azərbaycanlı sənətçilərin konsert proqramı təşkil olunub

“Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində mədəni tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Antalyada “Azərbaycan İncəsənət Həftəsi” çərçivəsində azərbaycanlı sənətçilərin konsert proqramı təşkil olunub. Proqram çərçivəsində Antalya Kitabxanasının müdiri Oğuzhan Ceylan, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin […]

Antalya Şəhər Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb

Türkiyənin Antalya şəhərində Azərbaycan sənətinə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan tarixi və mədəniyyətinə dair kitablardan ibarət zəngin kolleksiya Antalya Şəhər Kitabxanasının “Azərbaycan guşəsi”nə hədiyyə edilib.