Nazir müavini İstanbuldakı Azərbaycan Evini ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbulun Topkapı Türk Dünyası Kültür Mahalləsində yerləşən Azərbaycan Evini ziyarət ediblər.

Ziyarət zamanı Panorama 1453 Tarix Muzeyi – Türk Dünyası bölməsinin müdiri Ayşe Çağlayan və Kültür Mahallesinin müdiri, Türk dünyası üzrə mütəxəssis Abdülmetin Keskin onları müşayiət ediblər.

Baş tutan görüş və ziyarətlər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq münasibətləri vurğulanıb, iki ölkə arasında inkişaf etdirilə biləcək mədəni əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təmir-bərpa işlərindən sonra yenidən fəaliyyətə başlayan Azərbaycan Evini ziyarət edən nazir müavini burada Azərbaycanın tarixi və milli mədəniyyətinə dair təqdim olunan guşələr və stendlərlə tanış olub.

Daha sonra Kültür Mahalləsində yerləşən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrin evləri, həmçinin türk çadırları və abidələri ziyarət olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ