Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

İstanbul şəhərində yerləşən Atatürk Mədəniyyət Mərkəzində baş tutan görüş zamanı iki ölkə arasında mədəni əlaqələr, nazirliklər arasında imzalanmış əməkdaşlıq yol xəritəsi, beynəlxalq festivallar, mədəni tədbirlər, mədəni kollektivlər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin Azərbaycandakı Yunus Əmrə İnstitutu ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyətimizin və ortaq dəyərlərimizin tanıdılmasına yönəlmiş layihələri müzakirə olunub.

Görüş zamanı köklü qardaşlıq münasibətlərimizin və güclü mədəni bağlarımızın daha da möhkəmləndirilməsi, mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlığın inkişafı, eləcə də gələcəkdə həyata keçiriləcək birgə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ