Azərbaycana dair zəngin kitab kolleksiyası Bahçeşehir Universitetinə hədiyyə olunub

Azərbaycan mədəniyyəti və tarixinə dair zəngin kitab kolleksiyası İstanbulda Bahçeşehir Universitetinin Kitabxanasına hədiyyə olunaraq xüsusi sərgi ilə oxuculara təqdim edilib. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin tanıdılmasına töhfə vermək məqsədilə həyata keçirilən bu layihə çərçivəsində Azərbaycana dair seçilmiş nəşrlər həm ana dilimizdə, həm də Türkiyə türkcəsində universitet kitabxanasına təqdim olunub. […]
Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynovla Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu arasında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib. İstanbul şəhərində yerləşən Atatürk Mədəniyyət Mərkəzində baş tutan görüş zamanı iki ölkə arasında mədəni əlaqələr, nazirliklər arasında imzalanmış əməkdaşlıq yol xəritəsi, […]