Ankara Dövlət Konservatoriyası ilə əməkdaşlıq layihələri müzakirə olunub

Ankara Dövlət Konservatoriyası ilə musiqimizin və ortaq dəyərlərimizin tanıdılması, həmçinin Türkiyədə tanınmış azərbaycanlıların irsinin yaşadılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Ankara Dövlət Konservatoriyasının direktoru professor doktor Burak Tüzün ilə görüşüb.

Ankara Dövlət Konservatoriyasında keçirilən görüş zamanı Türkiyədə uzun illər musiqi təhsilində mühüm rol oynamış Azərbaycan Dövlət Sənətçisi, skripkaçı, dirijor və pedaqoq Server Qəniyevin irsinin konservatoriyada yaşadılması layihəsi müzakirə olunub.

Bununla yanaşı, klassik musiqi və opera sahəsində təcrübə mübadiləsi, Azərbaycan qurumları ilə əməkdaşlıq, Azərbaycan musiqisinə dair nəşrlərin konservatoriyanın kitabxanasına hədiyyə olunması, ustad dərslərinin (master-klassların) təşkili, Ankara Dövlət Konservatoriyasının simfonik orkestri tərəfindən azərbaycanlı bəstəkarların opera əsərlərinin səsləndirilməsi və digər birgə layihələr də görüşün əsas mövzuları sırasında yer alıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ