Ankara Dövlət Konservatoriyası ilə əməkdaşlıq layihələri müzakirə olunub

Ankara Dövlət Konservatoriyası ilə musiqimizin və ortaq dəyərlərimizin tanıdılması, həmçinin Türkiyədə tanınmış azərbaycanlıların irsinin yaşadılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Ankara Dövlət Konservatoriyasının direktoru professor doktor Burak Tüzün ilə görüşüb. Ankara Dövlət Konservatoriyasında keçirilən görüş zamanı Türkiyədə uzun illər musiqi təhsilində mühüm […]