Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi adlı kitab Türkiyə Türkcəsində.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri tərəfindən milli mədəniyyətimiz, ədəbiyyatımızın tanınmış simalarının əsərləri, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədi ilə tərcümə və nəşr layihələri həyata keçirilir.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli istiqlal şairi, Azərbaycan ədəbiyyatının görkəmli siması, Azərbaycan Dövlət Himninin mətninin müəllifi Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövründəki fəaliyyətini əks etdirən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabı Türk dilində Ankarada çapdan çıxmışdır. Nəşrin Türk dilinə tərcümə edən Türkiyənin Konya Selcuk Universitetinin dosenti Təranə Həşimovadır.

Ədəbiyyatşünas alim, yazıçı Sahib İbrahimlinin qələmə aldığı “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabda böyük istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü təsvir edilmiş və tanınmış şairin Türkiyə ilə bağlarından, Qafqaz – Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyi və önəmli rolundan bəhs edir.

 Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr Gəncə ədəbi mühitinin yetişdirdiyi ən mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən və bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadıdır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabın Türkiyədə təqdimatının keçirilməsi və aparıcı kitabxanalara, elmi tədqiqat müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ