Xaricdəki Mədəniyyət Mərkəzləri və Azərbaycan Evlərinin əməkdaşlığı gündəmə gətirildi

Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evlərinin fəaliyyəti və əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evələri və Azərbaycan Mədəniyyət Mərkəzlərinin rəhbərləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Evələri və Mədəniyyət Mərkəzlərinin fəaliyyəti ilə bağlı videomateriallar nümayiş etdirilib, mədəniyyətimizin, dilimizin və milli kimliyimizin qorunması istiqamətində həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib.

Tərəflər gələcək əməkdaşlıq və diaspora fəaliyyətlərinin gücləndirilməsi məsələlərini də müzakirə ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ