Vikipediyada Türkiyə Türkcəsində “Azərbaycan Milli Geyimləri” adlı bölüm yaradılıb.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediyada Türkiyə Türkcəsində “Azərbaycan Milli Geyimləri” adlı bölüm yaradılıb.
Hər bir xalqın, millətin özünəməxsus olan milli geyimləri var. Maddi və mənəvi mədəniyyətin çoxəsrlik və mürəkkəb inkişaf prosesində yaranan milli geyimlər digər mədəniyyət nümunələri ilə müqayisədə milli xüsusiyyətləri özündə daha mükəmməl əks etdirir, xalq yaradıcılığının etnoqrafik və estetik xüsusiyyətlərini qabarıq ehtiva edir. Azərbaycanın bu günümüzə qədər gəlib çatan milli geyim formalarının tarixi çox qədimdir.
Yaradılmış Bölmədə Azərbaycan milli geyimlərinin Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çətin və uzun sürən inkişaf prosesi nəticəsində yarandığı, Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, müxtəlif situasiyalarda təcəssümü, bədii ornamentlər, toxunmuş xalq geyimləri onların toxunmuş geyimlərində öz əksini tapmışdır.
Bölmədə Azərbaycan milli geyimlərinin tarixi, Azerbaycan Milli Kıyafetlerinin Bölgeler Arası Benzer ve Farklı Özellikleri, bölgələr üzrə milli geyimlər, habelə baş geyimləri, ayaq geyimləri haqqında məlumatlar, habelə mövzuya dair mənbələr, nəşrlərin siyahısı verilib.
Qeyd olunub ki, Azərbaycanda ipəkçilik, pambıqçılıq kimi sənaye sahələri inkişaf etdikcə milli geyimlərin hazırlanmasında xüsusi rol oynayan parça istehsalı artmış, nəticədə milli geyimlərdə dirçəliş dövrü baş vermişdir.

https://tr.wikipedia.org/wiki/Azerbaycan_milli_giyimleri

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ