Türkiyənin Qars Qafqaz Universitetində professor Cahangir Novruzovla görüş keçirilib

Türkiyənin Qars Qafqaz Universitetinin Gözəl Sənətlər Fakültəsində Azərbaycan Dövlət Sənətçisi, teatr və kinonun tanınmış nümayəndəsi, Adana Çukurova Konservatoriyasının professoru Cahangir Novruzov ilə teatr bölməsinin tələbələri arasında görüş keçirilib.

Universitetin Mirzə Fətəli Axundzadə salonunda təşkil olunan görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və fakültənin dekanı professor Mitat Turmuş da iştirak ediblər.

Görüş zamanı teatr sənəti, Azərbaycan ilə Türkiyə arasında mədəni və teatr sahəsində əməkdaşlıqla bağlı mühüm məsələlər müzakirə olunub. Xüsusilə, Azərbaycan ədəbiyyatı və teatr əsərlərinin səhnələşdirilməsi, ortaq teatr layihələrinin hazırlanması və bu proseslərə gənc istedadların cəlb olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Cahangir Novruzov tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ