Türkiyənin Bursa şəhərində “Qaynana” filmi nümayiş etdirilib

Bursa Uludağ Universitetində Azərbaycan Kino Günləri çərçivəsində “Qaynana” adlı Azərbaycan retro filmi nümayiş etdirilib.

Tədbirdə Bursa Uludağ Universitetinin nümayəndələri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bursa İl Mədəniyyət və Turizm İdarəsinin təmsilçiləri, eləcə də müəllim və tələbələr iştirak ediblər.

Proqram Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biri olan Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə təşkil olunub. Ustad sənətkarın baş rolda çəkildiyi film tamaşaçılara xüsusi anım tədbiri çərçivəsində təqdim edilib.

Çıxışlarda Nəsibə Zeynalovanın yaratdığı obrazların yalnız tamaşaçıları güldürmədiyi, eyni zamanda düşündürdüyü də vurğulanıb.
İştirakçılara bildirilib ki, Nəsibə Zeynalovanın sənəti yalnız Azərbaycanla məhdudlaşmır; onun əsərlərindəki səmimiyyət, təbiilik və milli çalarlar bütün Türk dünyası üçün doğma və anlaşılandır.

Tədbir çərçivəsində daha sonra sənətkarın baş rol aldığı və yaradıcılığının zirvəsi hesab edilən Qaynana filmi nümayiş olunub.

Film Azərbaycan ailə modelini, ailədaxili münasibətləri və xüsusilə qayınana-gəlin münasibətlərini incə yumor, güclü müşahidə qabiliyyəti və yüksək sənətkarlıqla əks etdirən klassik ekran əsərlərindən biri kimi böyük maraqla qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ