Türkiyə-Azərbaycan qardaşlıq notları Ankarada səslənib

Türkiyə və Azərbaycanın ortaq mədəni irsini musiqinin universal dili vasitəsilə sənətsevərlərlə bir araya gətirən “Türkiyə-Azərbaycan nəfəsləri” instrumental konserti Ankarada böyük maraqla qarşılanıb.

Konsert proqramında Ankara Dövlət Türk Xalq Musiqisi Xorunun sənətçiləri – Turgay Coşkun (dirijor, kanon), azərbaycanlı musiqiçi Muhsin Qurbani (kamança), Candeniz Eroğlu (bağlama), Ömər Altuntaş (balaban, tütək, kaval), Burak Çakır (zərb alətləri) və Sezgin Eroğlu (bas gitara) çıxış ediblər.

Tədbirdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Türkiyənin Muzeylər Baş İdarəsinin təmsilçiləri, eləcə də çoxsaylı qonaqlar və sənətsevərlər iştirak ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ