Azərbaycan Mədəniyyət Mərkəzi

Ankarada 7-ci Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş təqdimat və panel müzakirəsi keçirilib

İyunun 9-da Türkiyənin Qazi Universitetində Bakıda keçiriləcək 7-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirəsi təşkil olunub. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə diplomatlar, mədəniyyət xadimləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, müəllimlər və  tələbələr iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Qazi Universitetinin rektor […]

Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verilib

Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır. Üzeyir Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti […]

Ankarada keçirilən film müsabiqəsində azərbaycanlı təmsilçilər mükafatlandırılıb

Türkiyədə keçirilən 14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinin mükafatları təqdim edilib. Müsabiqədə azərbaycanlı sənətçilər də qaliblər arasında yer alıb. Müsabiqə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və HAK-İŞ Konfederasiyasının 50 illik fəaliyyətini əhatə edən mədəni layihə çərçivəsində təşkil olunub. Mükafatlandırma mərasimi Ankaradakı “Hilton” otelində keçirilib. Tədbirdə dövlət və özəl sektor nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri, siyasətçilər, […]

Azərbaycan türkcəsi kurslarında yeni qruplar üzrə seçim mərhələsi yekunlaşıb

Azerbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Qazi Universitetində təşkil olunan Azərbaycan türkcəsi kurslarının yeni qrupları üçün seçim mərhələsi tamamlanıb. Kursa müraciət edən iştirakçılara dərslərin başlanma tarixi və tədris proqramı barədə məlumat verilib. Kurs çərçivəsində dinləmə, anlama, yazma və danışıq bacarıqlarının inkişafına yönəlmiş tədris proqramının tətbiq olunacağı qeyd edilib. Vurğulanıb […]