Azərbaycan türkcəsi kurslarında yeni qruplar üzrə seçim mərhələsi yekunlaşıb

Azerbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Qazi Universitetində təşkil olunan Azərbaycan türkcəsi kurslarının yeni qrupları üçün seçim mərhələsi tamamlanıb. Kursa müraciət edən iştirakçılara dərslərin başlanma tarixi və tədris proqramı barədə məlumat verilib.

Kurs çərçivəsində dinləmə, anlama, yazma və danışıq bacarıqlarının inkişafına yönəlmiş tədris proqramının tətbiq olunacağı qeyd edilib.

Vurğulanıb ki, dərslərin üz-üzə formada keçiriləcək və davamiyyət kursun əsas şərtlərindən biri kimi müəyyən olunub. Kurs pulsuzdur. Tədris materialları Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin edilir. Dil bilgisi dərsləri ilə yanaşı, proqramda Azərbaycan mədəniyyəti, tarixi və digər əlaqəli sahələr üzrə açıq dərslərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edilib ki, beş ay davam edən proqram çərçivəsində Azərbaycan türkcəsinin başlanğıc səviyyəsi tədris olunacaq, altıncı ayda isə proqram üzrə qiymətləndirmə imtahanı keçiriləcək. İmtahanda uğur qazanan iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universiteti tərəfindən birgə sertifikat təqdim ediləcək.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ