Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Qars Qafqaz Universitetinin əməkdaşlığı çərçivəsində Azərbaycanın böyük dramaturqu, Türk dünyasının görkəmli yazıçısı və mütəfəkkiri Mirzə Fətəli Axundzadənin büstünün universitetin ərazisində ucaldılması planlaşdırılır.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov universitetdə həyata keçirilən işlərlə və birgə layihələrin icra vəziyyəti ilə yerində tanış olub.
Səfər çərçivəsində Qafqaz Universitetinin Gözəl Sənətlər Fakültəsinin dekanı, professor Mitat Durmuş və Mirzə Fətəli Axundzadənin büstünü hazırlayan həmin fakültənin müəllimi, heykəltaraş, dosent Muhammet Hanifi Zengin görülən işlər barədə məlumat veriblər.
Birgə layihə çərçivəsində Qafqaz Universitetində yerləşən Mirzə Fətəli Axundzadə Teatr Salonunda böyük dramaturqun həyat və yaradıcılığını, zəngin ədəbi irsini tanıdan xüsusi guşə də yaradılıb.



