Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Böyük Millət Məclisi sədrinin müşaviri, mədəniyyət və incəsənət məsələləri üzrə nümayəndə, professor Leyla Alpagut ilə görüşüb.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi, eləcə də Türkiyənin zəngin tarixi və mədəni irsinin Azərbaycanda tanıdılmasına yönəlmiş layihənin həyata keçirilməsi məsələləri müzakirə olunub.



