Ortaq dəyərlərimiz və milli mədəniyyətimizin Iğdırda tanıdılması məsələləri müzakirə edildi

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki  Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikasının Iğdır Valiliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İlteriş Kağan Taşkınsu ilə görüşüb.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə türk dünyasının ortaq dəyərlərinin və mədəniyyətinin yaşadılması, gələcək nəsillərə ötürülməsi, həmçinin Iğdırda Azərbaycanın zəngin mədəni irsinin tanıdılmasına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı Iğdır Valiliyi tərəfindən həyata keçirilən “Harı Bülbül İstehsalat Emalatxanası” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin mədəniyyət və incəsənət sahəsində daha da gücləndirilməsi, ortaq dəyərlər əsasında həyata keçirilə biləcək yeni layihə və tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Iğdırdakı “Harı Bülbül İstehsalat Emalatxanası” tərəfindən hazırlanmış hədiyyə təqdim olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ