Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbulda fəaliyyət göstərən OKTAN Türk Təşkilatının sədri Rauf Babacanı və Hacı Bayram Veli Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantura təhsili alan doktorant Kürşad İsmayılı qəbul edib.
Görüş zamanı Azərbaycanın zəngin milli mədəniyyətinin Türkiyədə daha geniş auditoriyaya tanıdılması, iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və bu sahədə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.




