Nazir müavini İstanbul İl Mədəniyyət və Turizm idarəsinin müdiri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İstanbul İl Mədəniyyət və Turizm müdiri Hüseyn Keskin arasında görüş keçirilib.

İstanbul İl Mədəniyyət və Turizm Müdirliyində baş tutan görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq münasibətlərinin və güclü mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ortaq mədəni və incəsənət layihələri, təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri, eləcə də Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələr və digər məsələlər ətraflı müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ