Nazir müavinləri “Ankara Rəsmlənir” sərgisini ziyarət ediblər

Ankarada səfərdə olan Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Ankara Mədəniyyət Yolu Festivalı çərçivəsində CSO Ada Ankarada təşkil olunan “Ankara Rəsmlənir” adlı sərgini ziyarət edib.

Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Serdar Çamın da iştirak etdiyi ziyarət zamanı sərgidə müxtəlif rəssamların Ankaranın tarixi və memarlığını, Ankara qalasını, Avqust məbədini, Cümhuriyyət dövrünə aid tikililəri, eləcə də şəhərin müasir simasını əks etdirən əsərləri haqqında məlumat verilib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ