Azərbaycan klassik ədəbiyyatının Türkiyədə araşdırılması və tanıdılması məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyə Müasir Elmlər Akademiyasının Türk dili və ədəbiyyatı üzrə müəllimi, nizamişünas alim və yazıçı Batuhan Aydın ilə görüşüb.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Azərbaycan ədəbiyyatının böyük şairi, Türk dünyasının ortaq ədəbi-mədəni irsinin görkəmli şəxsiyyətlərindən biri olan Nizami Gəncəvinin zəngin ədəbi irsinin araşdırılması, əsərlərinin Türkiyə türkcəsinə qazandırılması, eləcə də gələcəkdə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüş zamanı Batuhan Aydın Azərbaycanla da bağlı yeni tədqiqatları olan “Doğu’da Bir Türk Şairi: Nizami Gencevî” və “Türk Dünyası Halk Edebiyatı Tarihi: Güllerin Atışması” adlı kitablarını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.



