İstanbulda “Türk xalq mədəniyyətində qadın geyimləri” adlı sənət sərgisi keçirilir

İstanbulda keçirilən “Türk xalq mədəniyyətində qadın geyimləri” adlı sənət sərgisində Azərbaycanın da mədəni irsini əks etdirən əsərlər nümayiş olunur.

İstanbulun Topkapı Kültür məhəlləsində Umay Ana Türk Dünyası Qadınlar Birliyi tərəfindən təşkil edilən sərgidə türk dünyasının müxtəlif ölkələrinə aid qadın geyimləri təqdim olunur.

Sərgi çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Umay Ana Türk Dünyası Qadınlar Birliyi”nin sədri Mualla Uydu Yücel ilə görüşüb.

Sərgi ziyarət olunub, sənətçilərlə fikir mübadiləsi aparılıb və türk dünyasının ortaq dəyərlərinin, eləcə də zəngin mədəni irsinin tanıdılması məsələləri müzakirə edilib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ