İstanbulda “Müasir Azərbaycan rəssamlarının sərgisi” açılıb

İstanbulda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində “Müasir Azərbaycan rəssamlarının sərgisi” sənətsevərlərə təqdim olunub.

29 sentyabr 2026-cı il tarixində Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində keçirilən sərgidə müasir Azərbaycan təsviri sənətinin müxtəlif üslub və yanaşmalarını əks etdirən əsərlər nümayiş etdirilib.

Sərgidə Aydın Rehimov, Letafet Memmedova, Nadir Hüseynov, Yusif Alızade, Aida Rzayeva, Hicran Alioğlu, Assım Resuloğlu, Ebulfez Fekecoğlu, Teymur Ağaoğlu, İlham Enveroğlu, Vagif Zeyidguliyev, Ramila Aliyeva, Behruz Guliyev, Leyla Aliyeva Önen, Tariyel Alizade, Pervane Alizade, Süreyya Abdullalı və Faig Ağayevin əsərləri sənətsevərlərin diqqətinə təqdim olunub.

Sərgidə xüsusilə Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini, dövlətçilik ənənələrini, Vətən sevgisini və Qarabağ Zəfərini əks etdirən əsərlər diqqət çəkib. Azərbaycanın müstəqilliyini, dövlət rəmzlərini, tarixi yaddaşını və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ruhunu əks etdirən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərginin təşkilinə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, Küçükçekmece Bələdiyyəsi və Hazarfen Dərnəyi də dəstək göstərib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ