Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İğdır İl Mədəniyyət və Turizm İdarəsinin müdiri Zehra Arat ilə görüş keçirib.
İğdır İl Mədəniyyət və Turizm İdarəsində baş tutan görüşdə Azərbaycanın milli mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin, eləcə də Azərbaycan və Türkiyəni birləşdirən ortaq dəyərlərin İğdırda daha geniş ictimaiyyətə tanıdılması məsələləri müzakirə olunub.
Görüş zamanı iki qurum arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədbirlərin təşkili və gələcəkdə ortaq layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.



