Ortaq dəyərlərimizin, milli mədəniyyətimizin Türkiyənin Bursa şəhərində tanıdılması məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Bursa Vilayət Mədəniyyət və Turizm Müdiri dr. Kamil Özer ilə görüşüb.
Bursa Vilayət Mədəniyyət və Turizm Müdirliyində keçirilən görüşdə qurumlararası əməkdaşlıq, Bursada təşkil olunan festivallarda Azərbaycan mədəniyyətinin tanıdılması, “Bursa Fashion Week” tədbirində azərbaycanlı modelyerlərin iştirakı, ortaq sərgilər, konsertlər və təqdimat məsələləri müzakirə edilib.




