Azərbaycanlı alimlə milli-mədəni irsimizin təbliği ilə bağlı görüş keçirilib

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alimlərlə milli mədəniyyətimizin, tariximizin və ortaq dəyərlərimizin tanıdılması müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Kahramanmaraş Sütçü İmam Universitetinin kafedra müdiri, professor Toğrul İsmayıl ilə görüşüb.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı Azərbaycanın milli mədəniyyətinin, Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin, görkəmli şəxsiyyətlərinin, eləcə də Türkiyədə tanınmış azərbaycanlı alim və ziyalıların irsinin daha geniş auditoriyaya çatdırılması istiqamətində davamlı və uzunmüddətli mədəni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ