Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə  bağlı Beynəlxalq Elmi Konfrans təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinə bağlı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi Mərkəzi tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyi münasibətilə “Azərbaycan və Dünya Nizamişünaslarının Aktual Problemləri” mövzusunda II Beynəlxalq Elmi Konfrans birgə təşkil olunacaq.

Bu il 7 iyul tarixində Azərbaycanın Gəncə şəhərində – Nizami Gəncəvinin doğma yurdunda keçiriləcək konfransda “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvinin yaradıcılığında din və hikmət”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvinin yaradıcılığında insanlıq və birgəyaşayış anlayışı”, “Nizami Gəncəvi: sələfləri və xələfləri” kimi mövzularla yanaşı, müasir rəqəmsal elmi mühitdə Nizami Gəncəvi araşdırmalarının yeni istiqamətləri də müzakirə ediləcək.

Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdən Nizamişünas alimlər iştirak edəcək, dəyərli məruzələr və panellər təşkil olunacaq. Konfrans iştirakçıları Nizami Türbesini, Nizami Müzesini ziyarət edəcək, həmçinin böyük şairə həsr olunmuş mədəni-ədəbi proqramlarda, konsertlərdə və poeziya gecələrində iştirak edəcəklər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ