Azərbaycan musiqisinin Türkiyədə təbliği istiqamətində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dirijor, bəstəkar və pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadə və azərbaycanlı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadə ilə görüşüb.

Görüşdə Azərbaycan musiqi mədəniyyətinin Türkiyədə daha geniş auditoriyaya tanıdılması, iki ölkə arasında musiqi və incəsənət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, eləcə də bu istiqamətdə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ