Azərbaycan milli rəqs sənətinin Türkiyədə təbliği məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Aslanov Səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının bədii rəhbəri və solisti Gülçöhrə Sibel Sangu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycanın zəngin mədəni irsinin, milli rəqs sənətinin və xalq yaradıcılığı ənənələrinin Türkiyədə daha geniş tanıdılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin Azərbaycan milli rəqslərinin qardaş ölkədə təbliği, bu sahədə həyata keçirilən mədəni layihələr və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ