Azərbaycan Mədəniyyət Mərkəzi “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Türkiyənin Ulusal telekanalı ilə ortaq televiziya verilişlərinə başlayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdləki Azərbaycan Mədəniyyət Mərkəzləri “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi reallaşdırlır.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi bu məqsədlə milli mədəniyyətimizi Türkiyədə geniş təbliğ edən, dostluq münasibətlərimizin, habelə Türkiyədə mədəniyyət sahəsinin tərəqqisi sahəsində xidmətləri olan incəsənət xadimlərimiz haqqında televiziya verilişləri layihəsi həyata keçirir. Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyənin Ulusal telekanalı ilə ortaq layihəsi olan “Tanınmış azərbaycanlıların izi ilə” layihəsinə əsasən “Dostluq karvanı” adlı televiziya proqramı nümayiş etdirilib.
Proqramın ilk qonağı tanınmış azərbaycanlı pianoçu Əhəd Əsgərov olub. Proqramda Əhəd Əsgərovun sənət həyatına başladığı ilk illərdən, onun yaradıcılığı, Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Konservatoriyasında fəaliyyəti, 1981-ci ildə Azərbaycandan Türkiyə dəvət olunan ilk incəsənət xadimilərindən biri kimi Türkiyədəki yaradıcılığı, 1981-1989-cu illərdə Ankara Dövlət Opera və Balesində, 1992-2019-cu illərdə isə Mersin Dövlət Opera və Balesində fəaliyyəti, sənətkarın müxtəlif proqramlar, konsertlərdə milli musiqilərimizi ifa etməsi, çoxsaylı konsert proqramlarının təşkili, yaradıcılığında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer verməsi, Mersin Dövlət Opera və Balesinin, habelə uşaq xorunun yaradılması sahəsində xidmətləri haqqında geniş məlumatlar verilib.
Qeyd edək ki, “Tanınmış azərbaycanlıların izi ilə” layihəsinə əsasən “Dostluq karvanı” adlı televiziya proqramı davam edəcək və proqramda digər tanınmış azərbaycanlı incəsənət xadimləri, onların yaradıcılığı işıqlandırılacaqdır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ