Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Hazırlıq Kollecinin İngilis dili bölməsinin rəhbəri Günay Axundova Özkan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı kollecdə “Azərbaycan Günləri” layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işlər, milli mədəniyyətimizin və incəsənətimizin gənc nəslə tanıdılması, eləcə də bu sahədə mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri çərçivəsində hazırlanmış kitablar nümayəndə heyətinə təqdim edilib.



