Azərbaycan 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub

Ankaradakı ATO Konqres Sərgi Mərkəzində 3-cü Dünya Mədəniyyətləri Festivalının açılış mərasimi baş tutub.

Festival Türkiyədə fəaliyyət göstərən bir çox xarici ölkənin nümayəndəlikləri, diplomatik missiyaları və mədəniyyət mərkəzlərinin iştirakı ilə keçirilib.

Ölkəmizi festivalda Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Mərkəzin təşkil etdiyi stenddə Azərbaycan xalçaları, suvenirlər, kəlağayılar və milli mədəniyyət nümunələri ziyarətçilərə təqdim edilib.
Stend ziyarətçilərinə ölkəmizin zəngin milli mədəniyyəti haqqında ətraflı məlumat verilib.

Festival proqramı çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” xalq rəqs ansamblı səhnədə Azərbaycan xalq rəqslərini nümayiş etdirib.

Tədbirdə həmçinin müxtəlif ölkələrdən gələn ənənəvi rəqs və musiqi qrupları, milli geyim təqdimatları, sənət və qastronomiya seminarları, yemək ikramları, mədəniyyət mövzulu söhbətlər, film nümayişləri və müxtəlif müsabiqələr də yer alıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ