Azərbaycan ədəbiyyatının seçkin əsərləri İstanbulun mühüm mədəniyyət ocaqlarından biri olan tarixi Rami Kitabxanasında oxucularla görüşəcək.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Rami Kitabxanasında “Azərbaycan ədəbiyyatının inciləri” adlı Azərbaycan Kitabxanasının açılışı keçiriləcək.
Açılış mərasimi 29 sentyabr 2026-cı il, saat 14:00-da Rami Kitabxanasında baş tutacaq. Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli yazıçı və şairlərinin əsərləri oxucuların ixtiyarına veriləcək.
Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə arasında mədəni və ədəbi əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verməkdir.



