“Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” adlı konsert proqramı keçiriləcək

Türkiyədə “Mədəniyyət Yolu Festivalı” çərçivəsində 20 avqust 2026-cı il tarixində Ərzurumda “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” adlı konfrans və konsert proqramı keçiriləcək.

Türk dünyasının əsrlər boyu yaşayan ən qədim və köklü mədəniyyət-sənət ənənələrindən biri olan aşıq sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunan proqramda Azərbaycan və Türkiyənin seçkin aşıqları eyni səhnədə bir araya gələcəklər.

Proqram Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki  Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Qatılımçılar:

Azərbaycandan:

Altay Memmedov, Hafız Kerimov, Ali Quliyev

Türkiyədən:
Rahim Sağlam, İhsan Yavuzer

Məkan: Ərzurum Dövlət Teatrı səhnəsi
Tarix: 20 avqust 2026-cı il
Saat: 19:00

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ