Ankarada Türk Dünyasının mətbəx mədəniyyətinə həsr olunan “GastroFest 2026” festivalı başlayıb

Ankarada keçirilən “Türk Dünyası GastroFest 2026” festivalı ziyarətçilərin üzünə qapılarını açıb. Festival türk dünyasının zəngin mətbəx mədəniyyətini və qastronomiya irsini bir araya gətirir. Tədbir Ankaranın Sıhhiyyə bölgəsində yerləşən Abdi İpəkçi Parkında keçirilir.

Festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Türkiyə başda olmaqla bir çox türk dövlətinin mədəniyyəti, ənənəvi şirniyyatları və yeməkləri təqdim olunur.

Festivalda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ölkə stendi ilə təmsil olunub.

Azərbaycan stendi və milli mətbəximizə aid şirniyyatlar festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Festival vasitəsilə Azərbaycanın zəngin qastronomiya mədəniyyəti türk dünyasının ortaq irsinin mühüm bir parçası kimi təqdim edilir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ