Ankarada şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Ankarada Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsinə həsr olunan “Eyni hilal altında: iki dövlətin şəhidlərinə vəfa” adlı tədbir keçiriləcək.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir 24 sentyabr 2026-cı il saat 16:00-da Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Farabi zalında baş tutacaq.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Ankara Universitetinin dəstəyi ilə keçiriləcək tədbir çərçivəsində azərbaycanlı tədqiqatçılar İradə Əlili, Azadə Novruzova, Nuranə Şıxəliyeva və Faiq Hüseynovun qələmə aldıqları, Azərbaycan və Türkiyə şəhidlərinin qəhrəmanlığına həsr olunmuş kitabların təqdimatı keçiriləcək.

Tədbirdə Azərbaycan şəhidlərindən bəhs edən “Vətənin cəsur döyüşçüləri” və Türkiyə şəhidlərinin qəhrəmanlığından bəhs edən “Çubuk qəhrəmanları” kitabları oxuculara və tədbir iştirakçılarına təqdim olunacaq.

Proqram çərçivəsində, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr edilmiş “Düşmənə qarşı tək” adlı sənədli film nümayiş olunacaq.

Qeyd edək ki, filmdə Milli Qəhrəman Natiq Qasımovun həyatından, döyüş yolundan və Vətən uğrunda göstərdiyi fədakarlıqdan bəhs edilir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ