Türk Mədəniyyətini Araşdırma İnstitutununda “Beynəlxalq Türk Dünyası Yazarları: Prof. Dr. Kamal Abdulla” mövzusunda simpozium keçirilib. Simpoziumda Azərbaycandan və Türkiyədən ədəbiyyatçılar, elm adamları, tələbələr iştirak ediblər.
Tədbirin açılışında Türk Mədəniyyətini Araşdırma İnstitutunun rəhbəri Prof. Dr. Ahmet Bican Ercilasun və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxış edərək Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələrindən, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın yaradıcılığından, onun Türk dünyasında tanınmasından və ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs ediblər.
Simpoziumda həmçinin Prof. Dr. İsmet Çətin, Atatürk Mərkəzinin direktoru Prof. Dr. Nizami Cəfərov, Prof. Dr. Muxtar İmanov, Prof. Dr. Kerimə Üstünova, Prof. Dr. Ayşə Yücel Çətin və digər alimlər çıxış edərək Prof. Dr. Kamal Abdullanın elmi və ədəbi irsi barədə məruzələr təqdim ediblər.



