Ankarada Əhməd Cavadın Şəhadətinin 88-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək, Türk dünyasının ortaq ruhunu, milli dirçəlişini və müstəqillik ideyasını təcəssüm etdirən “Əhməd Cavadın Şəhadətinin 88-ci İldönümünə Həsr olunmuş Anım Mərasimi” ndə, qələmi ilə istiqlalın səsini, qəlbi ilə Türkün taleyini yazan, “Çırpınırdın Qara dəniz” misraları ilə Türk dünyasının yaddaşında əbədi yer alan böyük fikir və amal adamı Əhməd Cavad ehtiram və rəhmətlə yad ediləcəkdir.
Bu mənalı gündə, qardaşlıqdan doğan eyni inanc və idealları paylaşmağın qüruru ilə sizi aramızda görməkdən böyük məmnunluq duyacağıq.
13 oktyabr, bazar ertəsi
Saat 13:30
100-cü il Mədəniyyət Mərkəzi, Ankara Hacı Bayram Vəli Universiteti, İqtisadi və İdarəetmə Fakültəsi – Beşevlər

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ